Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi diqqət mərkəzindədir

Ölkəmizdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi diqqət mərkəzindədir


Müstəqillik tarixinə yeni quruculuq səhifələri yazan Azərbaycan dövlətinin iqtisadi potensialı artdıqca onun vətəndaşlarının da güzəranı yaxşılaşır, onları narahat edən problemlər getdikcə azalır, ölkədə gedən böyük abadlıq və quruculuq işləri insanları sevindirir, bütövlükdə əhalinin irəli sürdüyü məsələlər öz həllini daha tez tapır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli, ardıcıl və yorulmaz fəaliyyətinin uğurlu nəticələri sadə vətəndaşların minnətdarlıq məktublarında səmimi sözlərlə ifadəsini tapır.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Dövlət başçısının rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə ölkəmizdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi də diqqət mərkəzindədir.

Azərbaycanın regionlarında son illər yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Həyata keçirilən layihələr sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidənqurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı
Xəbəri paylaş