İran rejimi təbliğat mərkəzlərinin Azərbaycanda ictimai-siyasi pozuculuqlar salmaq məqsədi ilə ortaya atdığı "Kərimi dövləti" oyunundan sonra daha bir, "Salam Fərmandeh" təbliğatı başlayıb.
Suallar var ki, bu, "Salam, Fərmandeh" təbliğatı nə mahiyyət və hansı məna və məqsəd daşıyır?
Bu bir, İran teokratik (dini) hakimiyyət rejiminin ideologiyasının xüsusilə mühüm təbliğatı üçün nəzərdə tutulan himnidir. Tərkib sözləri belədir:
- Salam Fərmandeh, yəni, salam Komandan! (Xameneiyə ünvanlı).
- Baxma ki, yaşım azdır, ata-anamı sənə fəda edərəm! Sənin üçün hər şey, hər şey edərəm!
- Bu qeyrətli nəsil sənin əmr çağırışını gözləyir!
- Əhd bağlayıram ki, bir gün sənə lazım olum, Hacı Kasimin (Suleyimani) olum. Adsız əsgərin kimi xidmətində fədaya və inqilaba hazır olum.
Videoda, Azərbaycanda çəkilmiş 2-ci hissədə Fərmandeh!" məclisində bu cür təbilağata cəlb olunmuş cavan vətəndaşlarımızın yad şüarları:
- Seyid Əli (ali komandan Xamenei) ağamın döyüşkən ləşkəri (ordusu) hüzurunda hazırdır!
Budur bax, "Fərmandeh" təbliğatının bizim bu körpə uşaqların, gənc nəslin beynini çevirərək, tərbiyəsini, əxlaqını Azərbaycan vətənçiliyi və dövlətçiliyindən tam başqa bir rejimin itaətinə yönəltmə mahiyyəti. O rejimin ki, bizim ölkənin separatizm yönlü parçalanması, bizim dövlətin çöküşünə və ərazimizin erməni işğalına çalışıb.
Azərbaycanın içində, başqa, yad quruluşlu və məkrli dövlətin antiazərbaycan ideologiyasını Azərbaycan gənclərinin beyninə yeritmə yəni, özümüzdən özümüzə düşmən yetişdirmkədir bu kimi cəhdlər. Bunlara qəti, son verilməlidir.
Fikrimcə artıq, dövlət və onun xüsusi xidmət, güc strukturları və xalq, cəmiyyət olaraq dini, və həm də, məhərrəmlik kimi mərasimlərdən Azərbaycana qarşı təbliğat üçün istifadənin qarşısını anındaca almalıyıq. Kim, hansı ölkə, millət öz vətənində, özünə qarşı buna dözər?
[video=||]
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri