Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saatlı sakinindən odlu silah götürülüb

Saatlı sakinindən odlu silah götürülüb


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Rəşad Quliyev qanunsuz olaraq silah saxladığı müəyyən edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində yerləşən mebel sexindən bir ədəd “TOZ 8” markalı yivli silah və bir ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Mehman
Xəbəri paylaş