Türkiyənin Mardin şəhərində yeni antiterror əməliyyatı başlayıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “Hürriyət”ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyatda 544 nəfərlik şəxsi heyət iştirak edir.
"Eren Abluka-26" əməliyyatı şəhid Mehmet Acarın xatirəsinə həsr olunub.
Əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib.