"Yaxın iki ayda 500 nəfər şəhid ailəsi və qazi fərdi ev və mənzillə təmin olunacaq".
Newscenter.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov deyib.
O bildirib ki, ümumilikdə bu il 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təmin olunması nəzərdə tutulub: "Həmin şəxslərdən artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Yaxın iki ayda növbəti 500 nəfərin də mənzillə təmin olunacaq. Bu il 160 nəfər müharibə əlilinin avtomobillə təminatı nəzərə tutulub. Artıq 100 nəfərə avtomobil təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobil veriləcək".