Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yeni Yasamal sakinləri ilə görüşüblər-FOTOLAR

İcra Hakimiyyətinin başçısı və millət vəkili Yeni Yasamal sakinləri ilə görüşüblər-FOTOLAR


Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Milli Məclisin deputatı Səbinə Xasayeva ilə birgə sakinlərin problemlərini bilavasitə öyrənib operativ həll etmək məqsədilə səyyar qəbul keçiriblər.

Newscenter.az xəbər verir ki, qəbul Yeni Yasamal yaşayış massivindəki 286 saylı orta məktəbin akt zalında baş tutub.

Qəbulda həmçinin RİH Başçısının müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Elşad Həsənov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən işlər barədə sakinlərə məlumat verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, görülən tədbirlər əhalinin həyat standartlarının yaxşılaşdırılmasına yönəlib.

Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənildi. Yasamal sakinləri bina liftlərinin təmiri, bina fasadlarının təmiri, səkilərin küçə ticarətçiləri tərəfindən zəbt edilməsi, yaşıllıqlara qulluq və bir sıra sosial məsələlər qaldırdılar. Səmimi şəraitdə və canlı dialoq formatında keçən iki saatlıq qəbulda Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili vətəndaşların səsləndirdikləri məsələlərin həllinə dair konkret tapşırıqlar verdilər.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının əhali ilə görüşləri davam edir.

NEWSCENTER.AZ
Xəbəri paylaş