Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən ayrılıb

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən ayrılıb


Peşəkar Futbol Liqası (PFL) qurumun prezidenti Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb.

Newscenter.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, funksioner səhhəti ilə əlaqədar postunu tərk edib.

14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.
Xəbəri paylaş