Laçın yaxınlığından Ermənistanı və Qarabağın dağlıq hissəsini birləşdirəcək yeni yol - dəhliz olmayacaq, sadəcə yol olacaq.
Beləcə, Qərbi Zəngəzur vasitəsilə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat xətti = Laçın yolu.
Nikol Paşinyan Tehranın, həmçinin bəzi Qərb dövlətlərinin Zəngəzur dəhliziylə bağlı İrəvana verdiyi qadağanı qəbul edərək, Qarabağ erməniləri ilə Ermənistanı birləşdirən Laçın dəhlizini itirmiş oldu. Yeni yol dəhliz statusunu itirəcək. Sadəcə yol olacaq. Sentyabrın 1 dən başlayaraq Laçın rayonundan keçəcək yeni yolda giriş - çıxış nəzarətimizdə olacaq.
Beləcə, Azərbaycan ermənilər üçün vacib strateji əhəmiyyət daşıyan Laçın şəhərini işğaldan azad edir, Laçın dəhlizinin üzərindən isə xətt çəkmiş olur. Üstəlik, Qarabağa giriş - çıxış nəzarətimizə keçir.
(Ehtimalım belədir)
Bakı Politoloqlar Klubunun rəhbəri - Zaur Məmmədov.