"Namazı öz dilimizdə qılaq deyən adam, yenə başı girməyən yerə bədənini soxur. Niyə? Çünki, bu adam heç namaz qılmır və namaz haqqında da heç bir anlayış sahibi də deyil. Özü də bunu təsdiq edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ekspert Çingiz Şahbazi səsləndirib. O DAHA SONRA SUAL EDİB:
"Bəs adamı belə işlərə vadar edən nədir? Sadəcə olaraq gündəmə gəlmək, ortalığı qarışdırıb ordan özünü bəzi dairələrə "ağıllI" göstərməkdən başqa bir şeyə xidmət etməyən sərsəmləmədir. İkincisi olaraq isə onu demək istəyirəm ki, belə yanaşmalar və bəyanatlar artıq səndən öncə də çox səsləndirilib və əksəriyyəti müsəlman olan cəmiyyətlərdə qınanıb, rədd edilib. Qısacası onun-bunun çeynəyib tüpürdüyü, xeyir tapmadığı fikir və düşüncələrdən uzaq olmaq lazımdır. Belə islərin faydası olmaz. İnsanları çaşdırmağın və aldatmağın sonu fəlakətdir. Din, bəşəri dəyərlərə malikdir və əksər xalqın inancıdır. Hər kəsin ona sahib çıxmaq hüququ var və toxunulmazdır".
Mehman