Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda ağır yol qəzası olub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Şabranda ağır yol qəzası olub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb


Şabranda avtomobil qəzası baş verib.

Newscenter.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Çuxurəzəmi kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, (kimliyi dəqiqləşdirilir -red). Eyni zamanda Şabran rayon sakinləri - 1958-ci il təvəllüdlü İbrahimov Gülmirzə Əlifşalı oğlu, 1959-cu il təvəllüdlü İbrahimova Gülümnaz Əlisahib qızı, 1986-cı il təvəllüdlü İbrahimova Xuraman Heydər qızı və Sumqayit şəhər sakini 1957-ci il təvəllüdlü Türbətov Məhəmməd Əmirulla oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.
Xəbəri paylaş