Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda istirahət mərkəzində partlayış olub, yaralananlar var

Bakıda istirahət mərkəzində partlayış olub, yaralananlar var


Abşeron rayonunda istirahət mərkəzində partlayış olub.

Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, hadisə Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xəbəri paylaş