"Yunanıstan NATO və müttəfiqlərinə meydan oxuyub".
Newscenter.az-ın məlumatına görə, “Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Gününə həsr olunmuş təntənəli konsertdən əvvəl tədbir iştirakçıları qarşısında çıxışında deyib.
O qeyd edib ki, Yunanıstanın təxribat xarakterli hərəkətləri qəbuledilməzdir.
“Yunanıstan NATO və müttəfiqlərinə hava məkanımızın pozulması, daha sonra təyyarəmizin S-300 radarları vasitəsilə tutulması ilə davam edən çağırış etdi”, - Prezident deyib.