Bu gün qardaş Türkiyə dövlətinin tarixində ən şərəfli və böyük əhəmiyyətə malik səhifələrdən biri - Zəfər bayramının və Silahlı Qüvvələr Gününün 100-cü ildönümüdür. 100 il bundan əvvəl Türkiyə ordusu Qazi Mustafa Kemal Atatürkün rəhbərliyi altında parlaq qələbə qazanaraq adlarını dünya hərb tarixinə qızıl hərflərlə həkk etdilər. Bu gün Türkiyə dövləti dünya miqyasında böyük gücə, nüfuza və qüdrətə malik lider dövlətlərdəndir. Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, dünya tarixində Azərbaycan və Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir qardaşlıq nümunəsinə rast gəlinməmişdir. Dostluq və qardaşlıq rəmzinə çevrilən Azərbaycan-Türkiyə birliyi dünya ölkələrinə əsl nümunədir. Ölkələrimiz arasındakı əlaqələr hər bir sahə üzrə günbəgün yüksələn xətlə daha da inkşaf edir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər üzərində qurulan Azərbaycan-Türkiyə əlaqələri ali səviyyəyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir. İki qardaş ölkə arasındakı əlaqələrin inkşaf etməsi, müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, düşünülmüş, zərgər dəqiqliyi ilə hesablanmış, uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığı və birliyi hər iki ölkənin gücünə güc qatır, inkşafına təkan verir:
“30 avqust - Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Ulu Tanrı xalqlarımızın timsalında Azərbaycan-Türkiyə qardaşlığını və bu qardaşlığı daha da möhkəmləndirən Cənab Prezidedentimiz İlham Əliyevi və Cənab Rəcəb Tayib Ərdoğanı qorusun!”