Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə Səyyar ASAN xidmətin ilk günündə 100-dən artıq vətəndaşımıza xidmət göstərilib

Türkiyədə Səyyar ASAN xidmətin ilk günündə 100-dən artıq vətəndaşımıza xidmət göstərilib


2022-ci ilin 30 avqust – 4 sentyabr tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilir. Artıq ilk gündə 100-dən artıq vətəndaşımıza xidmət göstərilib.

Newscenter.az xəbər verir ki, ökə xaricində ilk dəfə gerçəkləşən Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunur.

30 avqust – 4 sentyabr tarixlərində saat 10:00 - 18:00 aralığında təşkil edilən xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “Teknofest” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link: https://www.t3kys.com/tr/teknofest/visitor/apply/

Eyni zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları https://seyyarasan.e-gov.az/ linkinə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Sevinc
Xəbəri paylaş