Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb


Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub.

Newscenter.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb.

Araşdırma aparılır.
Xəbəri paylaş