Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU-nun 4 tələbəsi qidadan zəhərlənib

BDU-nun 4 tələbəsi qidadan zəhərlənib


Bakı Dövlət Universitetinin 4 tələbəsi qidadan zəhərlənib.

Newscenter.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

KTM-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu “Report”un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".
Xəbəri paylaş