"Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü necə tanıdığı tam olaraq sülh müqaviləsi imzalandığı zaman aydin olacaq".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi elmlər fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoyun qənaətincə, bunu bilməliyik ki, hətta Ermənistan açıq maddələrlə Azərbaycanın ərazi bütövlüyünü tanısa belə, bu problem tam həll olmayacaq, sadəcə şəkil, forma və aktyor dəyişdirərək qarşımıza müxtəlif səviyyələrdə ermeni diasporası, siyasileri və onlar üzərindən bizlə alver etmək istəyən müxtəlif dövlətləri tərəfindən daima çıxarılacaqdır:
"Çünki cəmiyyətlərin və dövlətlərin strateji hafizəsi çox güclüdür və hər fürsətdə ortaya çıxar! Üstelik beynəlxalq münasibətlər də bu cür fürsətləri əsla bada verməz. Misal üçün İstanbul 1453-cü ildə Türklər tərəfindən fəth edilib və Ayasofya da 1453-cü ildə məscidə çevrilib, 569 il sonra 6 oktyabr 2022 tarixində Fənərbaxça ilə oynamaq üçün İstanbula gələn rum komandası "paytaxtımıza gedirik" deyirdi, 2022-ci ilin 2 oktyabrında da Afinanın AEK komandası yeni stadionuna Ayasofya adını verdi. Yunanistan ve Kirp Rumlari hələ mütərəqqi Avrupa mədəniyyətinin beşiyi, dövlətləri də Avropa Birliyinin bir parçasıdırlar. İndi görün erməni tarixi hafizəsi və onun dövləti ilə nə qədər işimiz var?".
Mehman