Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Isa Qəmbərin qardaşı Təşəbbüs Qrupundan uzaqlaşdırılıb

Isa Qəmbərin qardaşı Təşəbbüs Qrupundan uzaqlaşdırılıb


“Qarabağ bölgəsində Heydərabad şəhərinin salınması ilə bağlı yaradılmış Təşəbbüs Qrupunun tərkibində dəyişiklik edilib”.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı sözügedən Təşəbbüs Qrupunun rəhbəri, “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı verib. O bildirib ki, buna səbəb Təşəbbüs Qrupunda təmsil olunan bəzi şəxslərin sonradan bu prosesə əngəl olmaq istəmələri və manipuliyasiya etmələri olub:

“Xüsusilə də Təşəbbüs Qrupunun üzvü olan Rövşən Qəmbər manipuliyasiya etməyə və siyasi bəyanatlar səsləndirməyə başladı. Ona dəfələrlə bildirsəm kı, bizim layihəmizin heç bir siyasi bağlılığı yoxdur və bu sırf ictimai bir təşəbbüsdür, lakin Rövşən Qəmbər buna məhəl qoymaraq öz pozuculuq siyasətini davam etdirdi. Düzdür, Heydərabad şəhərinin salınması təşəbbüsü hələ 2003-cü ildə irəli sürülüb və həmin təşəbbüslə çıxış edənlərdən biri də Rövşən Qəmbər olub. Ancaq təşəbbüsün layihə halına salınması, onun yol xəritəsinin çəkilməsini Milli İnkişaf İctimai Birliyi edib. Təvazökarlıqdan uzaq olsa da o işi mən həyata keçirmişəm”.

Arzuman Muradlı deyib ki, Rövşən Qəmbər heç bir xəbərdarlıqlara məhəl qoymadığı və siyasi bəyanatlar səsləndirdiyi üçün onu Təşəbbüs Qeupundan uzaqlaşdırıblar.

Qeyd edək ki, Heydərabad şəhərinin salınması məqsədilə yaradılmış Təşəbbüs Qrupu Araz çayı boyunca və Füzuli Beynəlxalq Hava Limanı ətrafında Heydərabad şəhərinin salınmasını təklif edir. Onu da bildirək ki, Təşəbbüs Qrupunda vaxtı ilə yer alan Rövşən Qəmbər Müsavat Partiyasının lideri İsa Qəmbərin qardaşıdır.

Mehman
Xəbəri paylaş