İlkin məlumatlara əsasən, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir
“İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.
Müstəntiqlər yük maşını və onun sahibi haqqında məlumat əldə ediblər. Onun Krasnodar diyarının sakini olduğu üzə çıxıb və yaşadığı ünvanda araşdırmalara başlanılıb.