Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qohumluq, tanışlıq, rüşvətlə vəzifəyə düzəlmək dövrü bitməkdədir

Qohumluq, tanışlıq, rüşvətlə vəzifəyə düzəlmək dövrü bitməkdədir


"Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır". Ölkə prezidentinin bu fikirləri bütün vəzifəli şəxslərə kadr seçimini, kadr təyinatlarını hansı meyarlar əsasında aparmaları üçün tövsiyə yox, konkret göstərişdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya və Avropa çempionu Güloğlan Cabbarlı səsləndirib. O, daha sonra bunları qeyd edib:

"Bu həm də o deməkdirmi ki, qohumluq, tanışlıq, rüşvətlə işə, yüksək vəzifəyə düzəlmək dövrü bitdimi?! Qohumluq, tanışlıq, rüşvətlə vəzifəyə düzəlmək dövrü bitməkdədir. Bu dövrün birdəfəlik və tamamilə bitməsi üçün hər birimiz cənab prezidentimizlə bərabər olmalıyıq. Cənab prezidentin son açıqlaması ümid yaradır ki, nəhayət, bu steriotipdən qurtulacağıq. Tamamilə doğrudur ki, kadrlar bir neçə mühüm kriteriya əsasında seçilməlidirlər. Seçim aparılarkən vətənini sevən, tamahını idarə edə bilən və peşəkarlığı yüksək səviyyədə olan kadrlar üzərində dayanmaq lazımdır".

Güloğlan Cabbarlı qeyd edib ki, dövlət idarəetmə strukturuna daxil olan qurumların rəhbərləri tərəfindən yaxın qohumların və tanışlıq, rüşvətlə işə qəbul olunanların, onların rəhbərlik etdikləri qurumlarda vəzifələrə gətirilməsinin qarşısını almaq üçün aidiyyəti qanunvericilik aktlarında tələblər sərtləşdirilməlidir:

"Kadrların seçilməsinə bu şəkildə yanaşım ortaya qoyularsa, o halda bir müddətdən sonra, idarəçilikdə peşəkarların, dövlətinə və millətinə layiqli xidmət göstərənlərin xüsusi çəkisi arta bilər".

Mehman
Xəbəri paylaş