Azərbaycanın son dövrlər beynəlxalq arenada uğurları, Ordu-Xalq-Dövlət birliyi çörəyi vətən xainliyindən, ölkə əleyhinə yalan məlumatlar tirajlamaqdan çıxan bəzi mühacir blogerləri çox narahat edir.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmmədov deyib ki, Qərbdəki "çörəkverənlərinə" xoş gəlmək üçün ağıllarına gələn, əslində öz ürəklərindən keçən kəlmələri utanmadan ölkənin üzdə olan rəsmi şəxslərinin, millət vəkillərinin adından tirajlayırlar:
"Sosial şəbəkə terroristləri indi də məni hədəfə almaq fikrinə düşsələr də, əməlləri fiaskoya uğrayıb. Çünki hər bir kəsin əməli, fəaliyyəti göz önündədir. Vətəndaşlara, sosial şəbəkə istifadəçilərinə məsləhət görürəm ki, belə virtual terroristlərə əhəmiyyət verməsinlər. Azərbaycanın güclü ordusu var, biz Ordumuzla fəxr edirik. Şəhid, qazi, əsgər ailələrinin qəbulu və onların problemlərinin həllinə dəstək mənim fəaliyyətimdə prioritetdir".
Anar