"Krım körpüsünün Ukrayna ordusu tərəfindən partladılaraq dağıdılması bir çox məsələlərdən xəbər verir. Rusiya müdafiə nazirliyinin Krım körpüsünün müdafiəsi haqda dediklərini yada salsaq, görərik ki, Rusiyanın müdafiə tavanı heç də onların dedikləri səviyyədə deyil. Çünki, verilən məlumatlara görə, Krım körpüsü Rusiya hərbi aviasiyası, hərbi donanması və hərbi quru qoşunları tərəfindən qorunurdu".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Çingiz Şahbazi deyib ki, bütün bunlara rəğmən, Ukrayna ordusu Rusiyanın müdafiə tavanını qırmağı bacardı və verilən tapşırıqları yerinə yetirməyə müyəssər oldu:
"Krım körpüsünün partladılması əmri sözsüz ki, okeanın o tayından verilib. Bu, Ukrayna torpaqlarında işğalçılıq həyata keçirən Rusiyanın keçirdiyi qanunsuz referenduma, cavab olaraq qəbul edilə bilər".
Anar