Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var


Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.

Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün paytaxtın Xətai rayonu, metronun "Əhmədli" stansiyasının yaxınlğında qeydə alınıb.

Belə ki, 57 saylı xətt avtobusu hərəkətdə olan zaman "KamAZ" markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş