"Mən Heydər Əliyevin xatirəsinə belə yanaşmaya görə bir daha Qırğızıstan Prezidentinə, qardaş Qırğız xalqına təşəkkürümü bildirirəm. Heydər Əliyev adına və Nizami Gəncəvi adına məktəblərin müəllim və şagirdlərini Azərbaycana dəvət edirəm".
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib.
Dövlətimizin başçısı səfərlə bağlı müvafiq göstərişlər verdiyini qeyd edərək deyib: “Biz sizin səfərinizi, Bakıda, arzulasanız Azərbaycanın digər yerlərində qalmağınızı təşkil edəcəyik. Fikrimcə, bütövlükdə, bizim tədris müəssisələri ilə belə münasibətlərin, əlaqələrin yaradılması işlərinə artıq indi başlamaq lazımdır. Bu, bizim gəncləri əməkdaşlıq, qardaşlıq, dostluq ruhunda tərbiyə edəcək. Bu, bizi qarşılıqlı olaraq zənginləşdirəcək”.