Orta Asiyada tarixi hadisə yaşandı. Özbəkistan və Qırğızıstan Sovetlərin miras qoyduğu düşmənçiliyi, bütün mübahisəli əraziləri, şirin su davalalarını kökündən bağladılar.
Qeyd edim ki, Özbəkistan-Qırğızıstan sərhədində indiyə qədər qardaş qırğınına, silahlı insidentlərə səbəb, onlarla mübahisəli ərazi var idi. Sizin torpağınız daha azdır deyərək Özbəkistan mübahisəli torpaqları Qırğızıstana bağışladı.
Mübahisəli ərazilərdən Özbəkistan özünə Kempir-Abad su anbarını götürsə də istifadəsi hər 2 ölkənin təmsilçilərinin quracağı müştərək müəssisə tərəfindən həyata keçiriləcək.
Görüşün arxasınca Qırğızıstan KTMT-nin hərbi təlimlərində iştirakdan imtinası ilə Rusiyanın hazırladığı “Toxunulmaz qardaşlıq” təlimləri ləğv olundu. Özbəkistan isə üzünü Azərbaycana çevirərərk, hərbi-texniki əməkdaşlıq haqqında sazişlər imzaladı.
Sona Əliyeva-sabiq millət vəkili