Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin planı Rusiyanın maraqlarına ziddiyyət təşkil edir

Qərbin planı Rusiyanın maraqlarına ziddiyyət təşkil edir


Rusiya ilə Qərb arasında Ukraynadakı müharibə ilə əlaqədar gərginliyin artması sözsüz ki, bizim bölgəyə də təsirsiz ötüşməyəcək. Praqa görüşündən sonra Avropa İttifaqı ölkələri Ermənistanla Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq veriblər. Məlumdur ki, artıq Rusiyada bəzi ekspertlər bu addımı Ermənistanın Rusiyaya xəyanəti kimi qiymətləndiriblər.

Missiyanın dəvət olunması təşəbbüskarı da məhz Ermənistan tərəfidir. Şübhəsiz ki, hazırda Ukraynada gedən müharibə və Rusiya ilə Qərb qarşıdurmasının pik həddə çatması səbəbindən mülki missiyanın bölgəyə gəlməsi Rusiyada ciddi narahatçılıq yaradacaq. Bu isə Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutacaq növbəti görüşdə sülh müqaviləsinin imzalanmasına təsirsiz ötüşməyəcək. Avropa İttifaqının vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması və mülki missiyanın bölgəyə gəlməsi artıq nizamlanma prosesində Qərbin daha fəal rol alacağını göstərir.

Digər tərəfdən Qərb Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə və sərhədlərin açılmasına səy göstərir. Bütün bunlar isə Ermənistana yeni nəfəslik verilməsi, dolayısı ilə blokada vəziyyətindən çıxmasına və kommunikasiyaların açılmasına hesablanıb. Qərbin bu planı və Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi hazırda Rusiyanın maraqları ilə tam ziddiyət təşkil edir. İndiki mürəkkəb geosiyasi vəziyyətdə Kreml Brüsselin vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması və Ermənistanla Türkiyə arasında normallaşma prosesində maraqlı olmadığına görə yaxın zamanlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması inandırıcı görünmür. Sülh müqaviləsi imzalanacağı təqdirdə belə onun implementasiyası yaxın perspektivdə çətin görünür, çünki onun icrasına nəzarət edəcək Avropa İttifaqının bölgəyə göndərdiyi missiya mülki missiyadır və tərəflərə təsir etmək üçün yalnız yumuşaq gücü və diplomatik alətləri mövcuddur.

Vüqar Əhmədov-politoloq
Xəbəri paylaş