Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respondentlərin 52,6%-i ölkəmizdə tramvayın fəaliyyət göstərməsini istəyir- SORĞU

Respondentlərin 52,6%-i ölkəmizdə tramvayın fəaliyyət göstərməsini istəyir- SORĞU


Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 24,9 milyon sərnişinə xidmət göstəriblər. MTM (Media Təhlil Mərkəzi) bunu nəzərə alaraq, vətəndaşların ictimai nəqliyyatla bağlı fikirlərini öyrənib.

Newscenter.az xəbər verir ki, sorğuda iştirak edən 1733 respondentin 42%-ni qadınlar, 58%-ni kişilər təşkil edib.
İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 86%-i ictimai nəqliyyatdan mütəmadi, 12,1%-i nadir hallarda istifadə edir. İştirakçıların 1,9%-i ictimai nəqliyyatdan istifadə etmədiyini deyib.
Nəticələr göstərir ki, respondentlərin 62,1%-i avtobusdan, 26,8%-i metrodan, 8,7%-i taksidən, 2,4%-i sürət qatarından daha çox istifadə edir.

Sorğu iştirakçılarının 52,6%-i ölkəmizdə tramvayın, 34,6%-i metrobusun, 12,8%-i trolleybusun fəaliyyət göstərməsini istəyir.

Bir neçə variant seçmək imkanına malik olan respondentlərdən ictimai nəqliyyatın işinə mənfi təsir edən əsas amillər soruşulub. Cavablar aşağıdakı kimidir:

Avtobusların hərəkət cədvəlindəki uzun fasilələr – 72,3%;
Tıxaclar – 69,5%;
İritutumlu avtobusların olmaması – 33,2%;
Sürücülər – 30,2%;
Sərnişinlər – 19%.

Xəbəri paylaş