Rusiya Azərbaycan və Ermənistana üçtərəfli sammit keçirməyi təklif etmək niyyətindədir.
Newscenter.az xəbər verir ki, “Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Biz növbəti sammitin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatda keçirilməsini təklif edəcəyik və ümid edirik ki, yaxın gələcəkdə onun keçirilmə vaxtını razılaşdıra biləcəyik”, - Y.Uşakov jurnalistlərə deyib.