Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə “Dövlət satınalmaları haqqında” yeni Qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması, satınalma əməliyyatları və digər mövzular barədə müzakirələr aparılıb.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, ölkəmizdə dövlət satınalmaları sahəsində aparılan islahatlar, səmərəlilik və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görülən işlərdə Asiya İnkişaf Bankının rolunu qeyd edib.

Görüşdə qurumlar arasında digər sahələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sevinc



Xəbəri paylaş