“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək, ölkənin Zəngilan rayonuna gedəcək. Orada Azərbaycan Prezidenti İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq”.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Qarabağın bərpası istiqamətində müsbət işlər görülür. Əlbəttə, bu da öz növbəsində Cənubi Qafqazdakı duruma təsir edir”, - o vurğulayıb.