Azərbaycan parlamentinin komitə iclaslarının Ağdamda keçirilməsi təklif olunur.
Newscenter.az-ın məlumatına görə, belə bir təkliflə Milli Məclisin deputatı Aqil Abbas parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxış edib.
O, bir çox tədbirlərin məhz Şuşada keçirildiyini xatırladıb: "Ağdamda da bir çox quruculuq işləri həyata keçirilib, dövlət başçısı tərəfindən bir çox tikililərin də təməli qoyulub. Hətta qeyd edim ki, bu yaxınlarda işğaldan azad edilmiş Ağdamda böyük konfrans keçirildi. Odur ki, təklif edirəm ki, parlamentin komitə iclaslarını Ağdamda keçirmək olar. Beləliklə də ora gedənlər Ağdamda aparılan yenidən qurma işləri ilə hamı yaxından şahid olar”.
Spiker Sahibə Qafarova deputatın bu təklifinə müsbət yanaşıb: “İnşallah, nəinki Ağdamda, eləcə də Qarabağın digər güşələrində də iclaslarımızı keçirərik”.