Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdamdakı iqamətgahında “Bayraq Tariximizdən…” mövzusunda konfrans keçirilib.
Konqresdən Newscenter.az-a bildirilib ki, konfransı giriş sözü ilə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov açıb. O, konfransın məram və məqsədi barədə məlumat verdikdən sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra, Azərbaycan Respublikasının dövlət himni səslənib. Elsevər Məmmədov, həmçini, qardaş Türkiyədə insan təlafatı ilə nəticələnmiş hadisə ilə bağlı onlara başsağlığı verib.
Qeyd edək ki, konfransın ideyası və təşkilatçılığı BAK sədrinin müavini Sima Cəfərovaya məxsusdur.
Çıxışlarda Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlərin yaranması və bu dövlətlərə məxsus bayraqların tarixi mövzusuna toxunulub.
Sima Cəfərova, hər bir dövrə aid olan bayraqların üzərindəki arnament və yazıları incələyərək iştirakçıları məlumatlandırıb.
Konfransda xalqımıza məxsus olan tarixi sərvət və faktların müxtəlif ünsürlər tərəfindən qarət edilməsini vurğulanıb.
Amma buna baxmayaraq qəhrəman xalqımızın saysız igidliyi və şücaəti tariximizin itib batmasına imkan verməyib.
O, Vətənimizin Rus irtica imperiyası tərəfindən zəbt edilməsi, bu faktın bayraq tariximizə də təsir etməsini də qeyd edib və 2019 cu ildən əməkdaşlıq etdiyi “İrəvan Komitəsi”nin rəhbəri, araşdırmaçı Tofiq Həsənovun özü tərəfindən tərtib edilmiş İrəvan Xanlığının xəritəsini və eramızdan əvvəl Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqlarını birbəbir nümayiş etdirərək ətraflı məlumat verib.
Konfransa, Azərbaycan Dillər Universitetinin filologiya fəlsəfəsi üzrə dosenti Həqiqət Hacıyeva da online formatda qatılıb.
O, müasir Azərbaycan Respublikasının bayrağı tarixçəsindən məlumat verərək, bayrağımızın müasir əhəmiyyət və rolundan danışıb.
Konfrasa, Niderland Krallığında fəaliyyət göstərən təşkilat üzvləri, Ana Vətən Avropa Azərbaycanlıları Qadınları birliyinin üzvləri, diaspor fəalları və müxtəlif ölkələrdən təşrif buyurmuş həmyerlilərimiz qatılıblar.
Konfrans işini yekunlaşdırdıqdan sonra iştirakçılar mövzu ətrafında diskussiyalar və fikir mübadiləsi ediblər.
Mehman