Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran və onun hərbi institutlarının son narahatlıqları nə ilə bağlıdır?

İran və onun hərbi institutlarının son narahatlıqları nə ilə bağlıdır?


Məlumdur ki, İranın 2005 - ci ildən nail olduğu uğurlardan biri şiə ayparasını quraraq İraq, Suriya, Livan, daha sonra Yəməndə siyasi- hərbi üstünlük əldə etməsi idi. Məlumdur ki, İrana yaxın proksi qrupları və hərb maşınının xarici ölkələrdə saxlanması üçün ərazilərdə qaçaqmalçılıq altında maliyə əldə edilməsi təşkil edir. Həmin qanunsuz ticarət marşrutlarından biri də Şərqi Zəngəzur- İrəvan- Avropa marşrutu təşkil edirdi. Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb. Təsadüfi deyil ki, Şərqi Zəngəzurun Azərbaycana qayıtmasından sonra 2021- 2022 ci illər ərzində İranla sərhəddə saxlanılan narkotiklərin həcminin əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb.

Qeyd edim ki, hələ müharibəyə qədər “Vikileaks” saytı bu haqda dəqiq informasiyalar dərc etmişdi.Amerikalı diplomatların narkotik maddələrin daşınması haqqında yazışmalarında Əfqanıstan- İran- Ermənistan- Gürcüstan - Qara dəniz marşrutu xüsusi olaraq xatırlanırdı.
Həmin məlumatlarda nəzarətsiz altında olan ərazilərdə qanunsuz silah alveri, insan qaçaqmalçılığı və narkoticarətdə Ermənistanın sabiq prezidentləri Robert Koçaryan, Serj Sarkisyan, Serj Sarkisyanın qardaşı, Ermənistanın keçmiş baş prokuroru Aqvin Ovsepyan, Sünik (Zəngəzur) vilayətinin eks qubernatoru Suren Xaçatryan, Qarabağdakı separatçıların keçmiş liderlərinin adları var idi.

Bu kontekstdə, aydın məsələdir ki, Azərbaycan işğala son qoymaqla həm də bölgədə maraqlı olan qanunsuz biznes şəbəkələrinin maraqlarına son qoyub.

Bu kontekstdə son 2 ildə Azərbaycana qarşı sərt reaksiyaların qonşu dövlətlərin hansı qrupları tərəfindən verildiyini nəzərə alsaq bölgəni yenidən idarəolunmayan xaotik coğrafiyaya çevrilməsində kimlərin maraqlı olması aydındır.

Amma, həmin regional subyektlər bilməlidirlər ki, ən son Astanada onların addımlarının Azərbaycan tərəfindən qəbul edilməyəcəyi başa salınıb. Əfsuslar olsun ki, İran tərəfi Astana görüşündə Bakının arqumentlərindən lazimi nəticələri çıxarmaqdansa tankların lüləsinin şimala tərəf istiqamətlənməsinə imkan yaratdı. Unutmasınlar ki, Azərbaycan sərhədlərimizi keçməyə hazır olan ordulara qarşı müalicə reseptini çox yaxşı bilir.

Bakı Politoloqlar Klubunun sədri - Zaur Məmmədov.
Xəbəri paylaş