Energetika naziri Pərviz Şahbazov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi qəbul edib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, söhbət zamanı Azərbaycanla Misir arasında energetika sahəsində mövcud əlaqələr barəsində fikir mübadiləsi aparılıb. Müvafiq sahədə ölkəmizdə aparılan islahatlar, reallaşdırılan layihələr haqqında məlumat verilib, neft-kimya, mayeləşdirilmiş təbii qaz, bərpa olunan enerji kimi sahələrdə dövlət və özəl qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının “yaşıl enerji” hesabına təmini layihələrində Misir şirkətlərinin iştirakı imkanları nəzərdən keçirilib. Misirin müvafiq sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri Azərbaycana dəvət edilib.
Sevinc