Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Binəli Yıldırım və Şamil Ayrımın yaxın saatlarda xəstəxanadan buraxılacağı gözlənilir

Binəli Yıldırım və Şamil Ayrımın yaxın saatlarda xəstəxanadan buraxılacağı gözlənilir


Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda evə yazılacağı (xəstəxanadan buraxılacağı) gözlənilir.

Bu barədə Newscenter.az-a Azərbaycan Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millər vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb.
Xəbəri paylaş