Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın çıxışı Qərbin Azərbaycandakı “5-ci kolon”unun təmsilçilərini narahat edib

Ərdoğanın çıxışı Qərbin Azərbaycandakı “5-ci kolon”unun təmsilçilərini narahat edib


“Türkiyə prezidenti Ərdoğanın dünən Cəbrayılda yurdlarımızdakı erməni vandallığına göz yuman Qərbi, onların nəzarətindəki beynəlxalq təşkilatları sərt tənqid etməsi və Ermənistandan təzminat tələbini gündəliyə gətirməsi ən çox Qərbin Azərbaycandakı “5-ci kolon”unun təmsilçilərini narahat edib”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şükürlü səsləndirib. Onun sözlərinə görə, dünən gecədən etibarən, nəzarətlərindəki internet televiziyalarında və sosial şəbəkələrdə açıq-aşkar Ərdoğanın əleyhinə təbliğata başlayıblar:

“O Ərdoğanın ki, Türkiyədəki Qərb şəbəkəsinin də əsas hədəfindədir və o, 44 günlük savaşda köməyimizə yetməsəydi, ermənilər hələ də məscidlərimizdə donuz saxlayır, çoxumuzun dədə-babasının qəbri üstündə isə erməni əsgəri özünü, murdar çəkməsini təmizləyirdi. Həyat sübut edib ki, nankorluq, vəfasızlıq həm də qanıpozuqluğa, zatıqırıqlığa və namərdliyə işarədir”.
Xəbəri paylaş