Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın simasında düşmənçilik mövqeyində duran qonşu ölkə görməkdəyik

İranın simasında düşmənçilik mövqeyində duran qonşu ölkə görməkdəyik


Doğrudan da bu gün, İranın simasında daha bir Ermənistan, daha bir düşmənçilik mövqeyində duran qonşu ölkə görməkdəyik.

Çox təəssüflə qeyd etmək istəyirəm ki, dəfələrlə Azərbaycan və Türkiyə dövlət başçılarının normal əlaqələrin qurulması yönündə atdıqları addımlara, İrandan müsbət cavab ala bilmədik. 3+3 platforması çərçivəsində edilən təklifləri buna nümunə olaraq göstərmək olar.Hansı ki, istər siyasi, istərsə də iqtisadi inkişaf baxımından bu platformada İranın vəziyyəti müsbət mənada yaxşı nəticələrə imkan yaradırdı. Əksinə, Azərbaycan və Türkiyənin əleyhinə olaraq hər kəslə iş birliyində olmağı üstün tutmağı bildilər və bu siyasət İranın təməl dəyərlər sistemi üzərinə oturduldu, demək olar. Çünki, İrana rəhbərlik edən bütün hökumətlər bu xətdən kənara əsla çıxa bilmədilər.

İran XİN rəhbərinin İrəvana səfəri ərəfəsində bu gün səsləndirdiyi,, Ermənistanın təhlükəsizliyi , İranın təhlükəsizliyidir" bəyanatı, bizi bu olkəyə qarşı daha ayıq sayıq olmağa məcbur buraxır. İran, artıq açıq şəkildə Azərbaycana qarşı qərəzli movqeyini ifadə etməyə çalışır və bu səbəbdən İranda baş verənlərə, xüsusilə də Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza, xüsusi diqqət yetirilməlidir.

Çingiz Şahbazi-siyasi şərhçi
Xəbəri paylaş