Dünən, oktyabrın 20-də Qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz və əyani təzahürüdür. Dünya növbəti dəfə Azərbaycan–Türkiyə qardaşlığına, birliyinə şahidlik etdi. Bu gün Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik etalonuna çevrilmişdir. Dünya tarixində Azərbaycan–Türkiyə qardaşlığı kimi səmimi, möhkəm və dərin köklərə bağlı ikinci bir nümunəyə rast gəlinməmişdir. Ölkərimiz arasındakı birlik və qardaşlıq hər iki ölkənin gücünə güc qatır. Verdikləri hər bir vədi tamlıqla yerinə yetirən Ölkə başçımız, möhtərəm prezidentimiz cənab İlham Əliyev və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan hər zaman olduğu kimi bu dəfə də verdikləri vədi zamanında və ən yüksək formada yerinə yetirdilər. Budur uzaqgörən və müdrik siyasət, budur qətiyyət və budur sözlə əməl arasındakı vəhdət.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi Türk Dünyası tarixinə qızıl hərflərlə həkk olan böyük zəfər bayramına çevrildi. Əlbətdə bütün bunlar ölkə liderləri cənab prezident İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir:
“Bizlərə bu qürurlu və sevincli anları bəxş etdikləri üçün möhtərəm prezidentimiz cənab İlham Əliyevə və cənab Rəcəb Tayyib Ərdoğana sonsuz təşəkkür edirik. Tanrı Xalqlarımızı və ölkə Liderlərimiz cənab İlham Əliyevi və cənab Rəcəb Tayyib Ərdoğanı qorusun! Düşmənə göz dağı olan dostluğumuz və qardaşlığımız əbədidir.
Ruhiyyə