Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son sutkada Azərbaycanda 47 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda 47 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 47 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 544 nəfər müalicə olunaraq sağalıb, hazırda 373 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 962, bu günə qədər isə ümumilikdə 7 301 286 test icra olunub.
Xəbəri paylaş