Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib


Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Newscenter.az xəbər verir ki, sərəncamla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

Müşahidə Şurasının sədri

Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xəbəri paylaş