Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair İşçi qrupunun iclası keçirilib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair İşçi qrupunun iclası keçirilib


Gürcüstanın paytaxtı Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair İşçi qrupunun və təşkilatın Ümumi yığıncağının iclası keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Polşanın əlaqədar qurumlarının qatıldığı iki günlük toplantıda ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin nümayəndələri ilə təmsil olunub. İclasda ASCO sədri Rauf Vəliyev və digər ASCO nümayəndələri də iştirak ediblər.
Ümumi yığıncaqda TBNM Beynəlxalq Assosasiyasının (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) İdarə Heyətinin tərkibinə dəyişiklik edilməsi, TBNM BA-nın HŞB-nin Ümumi yığıncağının və 2021-ci il üçün maliyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqlənməsi ətrafında müzakirə aparılıb.

İclasda TBNM BA-nın HŞB-nin 2022-ci ilin 9 ayı üzrə fəaliyyətinin yekunları, TBNM-in potensialından səmərəli istifadə edilməsi, marşrutla yüklərin fasiləsiz və daha effektiv daşınması barədə fikir mübadiləsi aparılıb.

İşçi qrupunun iclasında Ümumi yığıncaq zamanı müzakirə olunan bəzi məsələlər təsdiq edilib.

Ümumi yığıncaqda Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumuna (BTNK) daxil olan bəzi logistika şirkətləri tərəfindən razılaşdırılmamış qiymət artımı, limanlarda konteyner və vaqonların uzun müddət yığılıb qalmasının aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi də müzakirə mövzusu olub.

Anar


Xəbəri paylaş