Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan beynəlxalq hava limanının açılışında iştirakı böyük məna daşıyır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan beynəlxalq hava limanının açılışında iştirakı böyük məna daşıyır


"Zəngilan rayonunun işğaldan azad edilməsinin ikinci ildönümündə Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bu rayona səfər etməsi, bir neçə infrastruktur layihələrinin təməlinin qoyulması, eləcə də Zəngilan beynəlxalq hava limanının açılış mərasiminin baş tutması onu deməyə əsas verir ki, işğaldan azad edilən ərazilərimizdə tezliklə həyat canlanacaq, məcburi köçkünlərimiz qısa zamanda öz torpaqlarına qayıdacaqlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan beynəlxalq hava limanının açılışında iştirakı da böyük məna daşıyır: "Bu ilk növbədə həm qonşu, həm də dünya ölkələrinə onun mesajıdır ki, Türkiyə hər zaman, istər pis, istərsə də yaxşı günlərdə Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq. Həmçinin Cənab Ərdoğanın səfəri o deməkdir ki, Türkiyə regionda sülhün təmin olunmasında, münaqişənin aradan qaldırılmasında olduğu kimi, bölgənin inkişafında da maraqlıdır, yaxından iştirak edir".

Arzuman Muradlı onu da diqqətə çatdırıb ki, Türkiyə prezidentinin səfəri Azərbaycanla sərhəd ərazilərdə hərbi təlimlər keçirərək ölkəmizə qarşı əzələ nümayiş etdirən İrana, eləcə də yenidən revanşist cəhdlər etməyə çalışan Ermənistana mesaj olacaq: "Yəni, bu səfər həm də o anlamı verir ki, bölgədə sülhün təmin olunmasında Türkiyə də zəmanətçidir, bölgədə vəziyyəti qarışdırmaq istəyən qüvvələr Türkiyənin gücünü də nəzərə almalıdırlar".
Xəbəri paylaş