Azərbaycanda azyaşlı qızı qaçırmağa cəhd göstərilib.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.