Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərqi Avropa ölkələri ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir

Şərqi Avropa ölkələri ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir


Hər ötən gün Azərbaycan qlobal miqyasda enerji mərkəzinə çevrilir. Ölkəmizin, 1994-cü il 20 sentyabrda bağlanmış Əsrin Müqaviləsi ilə başlayan enerji siyasəti bu gün əmin addımlarla, gələcəyə doğru inamla irəliləyir.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, ölkəmizin xarici siyasətində Şərqi Avropa ölkələri ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir:

"Cənab prezident İlham Əliyevin Rumıniya səfəri nəinki bu ölkə üçün, ümumilikdə Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Bu ilin iyul ayında ölkəmiz və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzalanmışdı. Sənəddə həmçinin yaşıl enerjinin Avropa bazarlarına çatdırılması da nəzərdə tutulurdu və müqavilənin məntiqi davamı olaraq bu gün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair saziş imzalandı. Sazişə əsasən Azərbaycandan Gürcüstana ötürülən enerji kabel vasitəsilə Qara dənizin dibi ilə Rumıniyaya, oradanda Macarıstana çatdırılacaq. Çox güman ki, istehsal edilən enerji, bu xətt vasitəsilə bir çox ölkəyə nəql ediləcək və bununla Azərbaycan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyətə sahib olacaq".

AVP rəsmisi qeyd edib ki, Avropa bazarı enerji istehsalçıları üçün hər zaman mühüm əhəmiyyət kəsb edib. Lakin bu bazarda əsas pay sahibi ölkələrdən biri şimal qonşumuz Rusiyadır:

"Uzun illərdir ki, qoca qitə Rusiyadan enerji sahəsində xüsusilə mavi yanacaq cəhətdən aslı vəziyyətdədir və bu gün Moskva məlum səbəblərdən dolayı bu asılılıqdan siyasi məqsədlər üçün istifadə edir. Avropa dövlətləri ciddi şəkildə bu asılılığı sonlandırmaq üçün variantlar axtarışındadır. Lakin indiki halda alternativlər çox azdır və bu asılılığı sonlandırmaq istiqamətində ən real namizəd məhz Azərbaycandır. Bu məqamda dövlət başçımız, cənab İlham Əliyevin yaranmış situasiyadan ölkəmizin lehinə necə məharətlə yararlandığını xüsusi qeyd etmək lazımdır. 14 dekabr Türkmənistanda üçtərəfli zirvə görüşündə strateji əhəmiyyətə malik müqavilələrin imzalanması ilə Türkmənistan qazının Azərbaycan qazı ilə birləşərək Türkiyə üzərindən Avropaya nəqli nəzərdə tutulur. Bu çox böyük əhəmiyyətə malik bir hadisədir. Bu müqavilələr sayəsində Avropanın Rusiyadan enerji asılılığını böyük ölçüdə azalacaq və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm bir mərkəz olacaq".

Anar Əliyev
Xəbəri paylaş