Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bütün parametrlər üzrə Cənubi Qafqazın lider dövlətidir

Azərbaycan bütün parametrlər üzrə Cənubi Qafqazın lider dövlətidir


Cənubi Qafqaz regionu coğrafi mövqeyindən dolayı hər zaman böyük güclərin və güc mərkəzlərinin diqqətini çəkmişdir. Təsadüfi deyil ki, regionda cərəyan edən proseslər, üstünlük mübarizəsi bir daha bunu sübut edir. Region dövlətlərinin xarici siyasət istiqamətinə nəzər yetirdikdə bir sıra maraqlı nüanslarla qarşılaşırıq.

Newscenter.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Azərbaycan bütün parametrlər üzrə Cənubi Qafqazın lider dövlətidir:

"Ölkəmiz hər daim müstəqil xarici siyasət həyata keçirmişdir. Hər hansı bir dövlətin və yaxud blokun safında fəaliyyət icra etməyən ölkəmiz, yeni bir güc mərkəzinin yaranmasında fəallığ göstərir. Həmin güc mərkəzi Türk Dövlətləri Təşkilatıdır. Azərbaycanın Türkiyə ilə olan münasibətləri isə hər daim bərabərhüquqlu tərəfdaşlıq şəklində inkişaf edir. Gürcüstanın isə xarici siyasəti bəllidir. Rəsmi Tiflis istiqamət kimi Avropaya və NATO-ya üzv olmaq yolunu seçib. Gürcüstan cəmiyyəti və hakimiyyəti öz gələcəyini və inkişafını məhz bu qurumlara inteqrasiya olunmaqda görür. Eks-prezident Saakaşvilinin zamanındaTiflisin qərbə yaxınlaşma meylləri özünü daha qabarıq şəkildə büruzə verdi və nəticədə bu proses ölkə ərazisinin bir hissəsini itirməsinə səbəb oldu. Lakin buna baxmayaraq indi də dövlət rəhbərliyinin qarşısında duran əsas prioritet məsələ, ölkənin adlarını sadaladığım qurumlara üzvlüyünün təmin edilməsidir".

AVP rəsmisinin qənaətincə, Ermənistana gəldikdə müşahidə edirik ki, ölkənin xarici siyasəti ziddiyyətlər üzərində qurulub:

"Ümumi aspektdən baxarsaq erməni xalqı dövlət idarə edəcək qədər formalaşmış bir xalq deyil. Bunun da səbəbi bəllidir. Hər hansı bir tarixi dövlətçilik ənənəsinə sahib olmamaq. Region dövlətlərinin hər birinə qarşı ərazi iddiaları irəli sürən İrəvan bu səbəblədir ki, regionda həyata keçirilən və planlanan bütün enerji və nəqliyyat layihələrindən kənar qalır. Özlərini Rusiyanın müttəfiqi sanan lakin rusların hər hansı bir əyalət gözü ilə baxdıqları Ermənistan dövləti bu günlərdə qərb meyilli siyasət həyata keçirməklə Rusiya təsirindən uzaqlaşmaq istəyir. Xüsusilə Fransa ilə yaxınlaşma diqqətdən yayınmır. Ancaq ən maraqlı məqam odur ki, Qərbin, ən əsası Fransanın İrəvana verdiyi dəstək yalançı dəstəkdən başqa bir şey deyil. Ən son olaraq Makronun Ermənistana KTM-dən çıxmağı tövsiyyə etməməsi Paşiniyanı çıxılmaz vəziyyətə salıb. Adətən ortalıqda qalmış təsiri bağışlayan Ermənistanı, heç şübhəsiz ki çox çətin günlər gözləyir. Qərbdən umduğunu ala bilməyən Paşiniyanın isə Azərbaycan və Türkiyə ilə kompramisə getməkdən başqa yolu yoxdur".

Mehman
Xəbəri paylaş