Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qaziləri Mersinin azad olunması tədbirlərinə qatılıb

Azərbaycan qaziləri Mersinin azad olunması tədbirlərinə qatılıb


Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup qazinin Türkiyəyə səfəri başlayıb.

Newscenter.az-a İctimai Birlikdən verilən məlumata görə, Mersinin azad olunmasının 101-ci ili münasibəti ilə keçirilən tədbirə qatılan qazilərimizi Mersin Valisi Əli Həmzə qarşılayıb.

Mersinin azad olunmasına həsr olunmuş yürüş keçirilib. Daha sonra Mersin Valiliyində tədbir keçirildi. Tədbir TC Prezidenti Rəcəb Təyyub Ərdoğanın təbrik məktubunun tədbir iştirakçılarına çatdırılması ilə açıldı.

Mersin valisiAli Həmzə Pəhlivan Mersinin azad olunması tarixindən danışaraq böyük günün əhəmiyyətini vurğuladı.

Ağ Dəniz Bölgü və Qarnizon komutanı Tüm admiral Fuad Gədik 101 il öncə türk əsgərlərinin göstərdikləri qəhrəmanlığı və bu hadisənin tarixə qızıl hərflərlə yazıldığını, bu hadisənin heç zaman unudulmyacağını qeyd etdi.

Mersin Böyükşehir belediyye başqqnı Vahab Seçər gün münasibəti ilə xalqı təbrik etdi və tarixi günü Türkiyəyə gələrək qeyd edən Azərbaycan qazilərə təşəkkür etdi.

Jandarm qüvvələri xüsusi bacarıqlarını nümayiş etdirdikdən sonra Milli Xalq Oyunları qrupu rəqsləri başladı.

Azərbaycanlı qazilər Mersin Şəhidlər Xiyabanını ziyarət edib, məzarlara gül qoyaraq hörmət əlaməti olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Şəhidlər Xiyabanının ziyarətindən sonra qazilərimiz Muharib Qazilər Dərnəyinin Mersin şöbəsində qonaq olublar. Tədbirdə Mersin Valisi, Bələdiyyə başkanı, Ak dəniz bölgə və Dəniz komutanı iştirak etdilər. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli dövlət rəsmilərinə qiymətli hədiyyələr təqdim edib.

Mehman
Xəbəri paylaş