ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə, milli təhlükəsizlik məsələləri üzrə müşavir işləmiş Con Bolton, Türkiyədə bu il keçiriləcək Prezident seçkilərində, Türkiyə prezidenti Ərdoğanın qalib gələcəyi təqdirdə, bu ölkənin NATO hərbi birliyinin üzvülüyündə fəaliyyətinə yenidən baxılması təklifi ilə çıxış edib.
Bu təklif, ABŞ-da yüksək vəzifə tutan bir adamın mövqeyidir. Əslində bu adam demək istəyir ki, bizi Türkiyə seçicisinin mövqeyi maraqlandırmır. Həmçinin Türkiyə Cümhuriyyətinin insanının istəkləri, ABŞ üçün önəmli deyil, əksinə ABŞ-ın istəkləri əsas amil kimi, hətta şərt kimi qoyulur. Əslində bu elə ABŞ-ın simasıdır. Dünyanın hər yerində öz maraqları çərçivəsində ölkələrə münasibət bildirərlər. Xalqı isə görməzdən gələrlər.
Görünən isə odur ki, Rusiya- Ukrayna müharibəsi, NATO ölkələrini münaqişəyə cəlb olunma məcburiyyətində qalma ehtimalını artırmaqdadır. Türkiyə ordusuna ehtiyac bu dönəmdə daha çox lazım gələcək. Ola bilər ki Türkiyə, NATO-da qalaraq, fəaliyyətinə davam etməsi üçün, Rusiya -Ukrayna muharibəsi fonunda, Avropanı ruslardan qorumaq görəvi ilə, şərt olaraq üzləşsin.
Çingiz Şahbazi-siyasi ekspert