Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Newscenter.az-ın məlumatına görə, “Report” “Haber Global”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.
Bildirilib ki, dövlət başçıları enerji daşıyıcları başda olmaqla Türkiyə-Rusiya münasibətlərinə dair məsələləri, Rusiya-Ukrayna müharibəsi, Suriya və regional məsələləri müzakirə ediblər.