Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırkı gənclər daha dürüst, daha vətənpərvər və daha millidirlər

Hazırkı gənclər daha dürüst, daha vətənpərvər və daha millidirlər


"Son dövrlər yaşlı nəsil nümayəndələri, bəzi ziyalılar, hətta müəllimlərdə hazırkı nəsilin təlim-tərbiyəsinə və davranışlarına ciddi iradlar yazırlar, indiki nəsil dürüst həyat tərzi sürməməkdə süçlandırılır, yavaş-yavaş dürüst həyat tərzinin məhv olduğu iddia olunur. Mən bu iradları söylənləri başa düşür, onların səmimiliyinə və milli dəyərləri qorumaq kimi saf məramlarına inanıram".

Newscenter.az xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov səsləndirib. O bildirib ki, bu irad və tənqidlərdə milli-mənəvi dəyərlərin qorunması əsas sujeti təşkil edir, qaldırılmış əsas məsələlər günün və gələcəyin prioritetləridir:

"Lakin mən dəyərlərimiz və milli mədəniyyətimizin dağılması, məhv olması kimi fikirləri qəbul etmirəm. Bəli zaman və texnologiya, virtual kommunikasiya, sürətli dəyişikliklər, fiziki və zehni sürətin artımı düşüncə və davranışda ciddi dəyişiklərə səbəb olur. Lakin bu ancaq dəyişikliklərdir, məhv deyil, əsl dəyərlər əsrlərin sınağından çıxıb və düşünürəm ki, indiki çətin zamanında sınağından çıxacaq".

İsrayıl İsgəndərov qeyd edib ki, dürüst həyat tərzi isə kifayət qədər mübahisəli mövzudur:

"Hansı zaman kəsiyində həyat tərzi daha dürüst olub sualına cavab çox çətindir. Dürüstlük isə həmişə mübarizə aparıb və aparacaqda. Mənim müşahidələrimə görə çox qəribədə səslənsədə hazırkı gənclər daha dürüst, daha vətənpərvər və daha millidirlər. Bu dürüstlüyü, milliyi və vətənpərvərliyi onlar öz qəhramanlıqları ilə sübut etdilər. Bəli həmişə olduğu kimi içərilərində heç bir dəyərə malik olmayanlar, dürüst həyat tərzi keçirməyənlərdə var, lakin onların davranışını bütöv indiki gənc nəsilə aid etmək olmaz. Bir məsələnidə unutmayaq gəncliyə inanmaq lazımdır, onları biz yetişdirmişik və bizdə qorumalıyıq".

Anar
Xəbəri paylaş