İşğaldan azad edilmiş ərazilərdə yeni biznes qurmaq üçün bu günə qədər 1500 dən çox müraciət edilib. Edilən 1500 müraciətdən biri də Polşada fəaliyyət göstərən Sevara Group Şirkətidir.
Newscenter.az-ın xəbərinə görə, şirkətin rəhbəri Rəşad Quliyev deyib ki, Laçın rayonu Həkəri çayı sahilində Camperpark ekolayihəmizlə bağlı hökümətə öz təkliflərimizi vermişik və müsbət rəyi gözləyirik:
"Amma təbii ki bununla kifayətlənməyib o layihələri Bakı şəhəri daxil olmaqla digər rayonlarımızda hətta Naxçıcanda belə təsis etmək kimi planlarımız var. Elə bu məqsədlə də Bakı şəhərində və ya yaxın ərazidə (Qala, Zirə, Bilgəh və s.) boş torpaq sahəsi axtarırıq. Əsas şərt ərazinin minimum 0.5 hektar olması, əsas yolun kənarı (Karavanların rahat hərəkəti üçün) və ən önəmlisi torpaq sahəsində böyük ağacların olmasıdır".
Anar